Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > BAKIDA RESTORANDA SİLAHLI İNSİDENT ZAMANI ÖLƏN VƏ YARALANANIN ŞƏXSİYYƏTİ MƏLUM OLUB - YENİLƏNİB

BAKIDA RESTORANDA SİLAHLI İNSİDENT ZAMANI ÖLƏN VƏ YARALANANIN ŞƏXSİYYƏTİ MƏLUM OLUB - YENİLƏNİB


10-08-2018, 01:29. Yazar: Xeberaz

Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.
Sabunçu Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.
Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
***00:00
Bakının Sabunçu rayonunda silahlı insident baş verib.
“Report” xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.
Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.


Geri dön