Ana Sayfa > Karusel / Gündəm / M2 / Texnologiya > Azərbaycanın peyki Fransa Qvianasında kosmodroma çatdırılıb - FOTO

Azərbaycanın peyki Fransa Qvianasında kosmodroma çatdırılıb - FOTO


8-08-2018, 19:08. Yazar: Xeberaz

Azərbaycanın "Azerspace-2/Intelsat 38" geostasionar peyki Fransa Qvianasında Kuru kosmodromuna çatdırılıb.
"Xəbəraz.azTrend-ə istinadən xəbər verir ki, bu barədə "Arianespace" şirkətinin rəhbəri Stefan İsrael öz "Twitter" səhifəsində yazıb.
"Azerspace-2/Intelsat 38" peyki sentyabr ayının 5-də "Ariane 5 ECA" raket-daşıyıcısı ilə buraxılacaq.
Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı "Horizons 3e" peykini də aparacaq.
"Azerspace-2/Intelsat 38" 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
Geri dön