Ana Sayfa > Karusel / Gündəm / Dünya / M2 > Məşhur mafiya lideri və sevgilisi İstanbulda tutuldu - FOTO

Məşhur mafiya lideri və sevgilisi İstanbulda tutuldu - FOTO


5-08-2018, 13:53. Yazar: Xeberaz

"İnterpol" tərəfindən qırmızı bülletenlə axtarılan bolqar mafiya lideri Dimitar Zelyazkov sevgilisi və 6 adamı ilə birlikdə İstanbulda həbs edilib.
"Xəbəraz.az " xəbər verir ki, cinayətkar lider İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən Bakırköy ərazisində yerləşən oteldə həbs edilib.
Polis şöbəsinə aparılan qrupun rəhbəri Zelyazkov həbsxanaya göndərilib, digər 6 nəfər Bolqarıstana deportasiya edilib və dərhal bolqar polisi tərəfindən həbs edilib. Mafiya tərkibinə daxil olan türk əsilli digər şəxs isə azadlığa buraxılıb. 
Bolqarıstanın Zelyazkovun ekstradisiyasını tələb etməsi gözlənilir.
Geri dön