Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Xroniki hepatit xəstələrinə ümumi tövsiyə və pəhriz
Xroniki hepatit xəstələrinə ümumi tövsiyə və pəhriz4-08-2018, 21:34. Yazar: Xeberaz |
Xroniki hepatitin yüksək aktivli kəskinləşməsində xəstələrə yataq rejimi təyin edilir. Mülayim və minimal gedişli xroniki hepatitdə isə fiziki və emosional gərginliyin məhdudlaşdırılması məsləhət görülür. Kəskinləşmiş xroniki hepatit xəstələrinə aşağıdakılar əks-göstəriş sayılır: - vaksinasiya - insolyasiya - isti prosedurlar - soyuqlama. "Xəbəraz.az " bildirir ki, bunlardan başqa hepatit xəstələrinə peşə və məişət zərərlərinin aradan qaldırmaq məsləhət görülür. Hepatit xəstələrinin pəhrizi 100-200 qram zülal, 80-100 qram yağ, 400-500 qram karbohidrata malik olmalıdır. Qaraciyər ensefalopatiyasında heyvani zülalların, assitdə isə duzun miqdarı azaldılmalıdır. Xroniki hepatit xəstələrinə xəstəliyin kəskinləşmə dövründə aşağıdakı qida məhsullarından uzaq durmaq tövsiyə edilir: - qızardılmış və qovrulmuş qidalar - sərt qida məhsulları - qıcıqlandırıcı ədviyyatlar - spirtli içkilər - sintetık qida məhsulları - geni dəyişdirilmiş qida məhsulları - yağlı və gec həzm olunan qidalar. Geri dön |