Ana Sayfa > Karusel / Dünya / M2 > Efiopiya ordusu Somaliyə daxil oldu: Hökumət binası ələ keçirildi

Efiopiya ordusu Somaliyə daxil oldu: Hökumət binası ələ keçirildi


4-08-2018, 20:51. Yazar: Xeberaz

Efiopiya  ordusu dünən gecə saatlarında tanklar və hərbi maşınlarla ölkənin Somali əyalətindəki hökumət binalarını ələ keçirib.

"Xəbəraz.az " xəbər verir ki, əsgərlərin əyalət idarəçiliyini ələ keçirmək istədiyini düşünən Somali əyalətinin rəhbəri Əbdi Məhəmməd Ömərin tərəfdarları etirazlara başlayıb.
Etirazlar nəticəsində əyalət mərkəzində internet və elektrik naqilləri kəsilib, bəzi mülklərə zərər dəyib.
Yerli və federal hökumət arasında olan narazılığın qarşıdurmaya səbəb olduğu bildirilir.
Geri dön