Ana Sayfa > Karusel / Gündəm / İdman / M2 > Superkubok matçını idarə edəcək hakimlər bəlli oldu

Superkubok matçını idarə edəcək hakimlər bəlli oldu


2-08-2018, 22:35. Yazar: Xeberaz

UEFA Super Kuboku uğrunda İspaniyanın “Real Madrid” və “Atletiko Madrid” komandaları arasındakı keçiriləcək matçı idarə edəcək hakimlər məlum olub.

"Xəbəraz.az "xəbər verir ki, qarşılaşmanın baş hakimi Polşa Futbol Federasiyasının təmsilçisi Szimon Marçiniak olacaq.
2017-2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olan “Real Madrid” ilə UEFA Avropa Liqasının çempionu “Atletiko Madrid” arasındakı görüş avqustun 15-də Estoniyanın paytaxtı Tallindəki “Lillekula” stadionunda keçiriləcək.
Oyunda baş hakimə həmyerliləri Pavel Sokolniki və Tomas Listkievicz kömək edəcəklər.
Geri dön