Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Şəmkirdə ağır qəza: ölü və yaralılar var

Şəmkirdə ağır qəza: ölü və yaralılar var


30-07-2018, 22:27. Yazar: Xeberaz

Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində hərəkətdə olan “VAZ 21011”lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Geri dön