Ana Sayfa > Karusel / Gündəm / M2 > Xəyyam Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB

Xəyyam Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB


30-07-2018, 20:45. Yazar: Xeberaz


Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək.
 
Bu barədə APA-ya məlumatı Mədəniyyət nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. O bildirib ki, bəstəkarla vida mərasimi saat 12-dən 14-dək davam edəcək.
 
Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.
 
 
Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.
 
***
 
19:43
 
 
Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə vəfat edib.
 
APA-nın məlumatına görə, X. Mirzəzadə uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.
 
X. Mirzəzadə öz evində vəfat edib. 




Geri dön