Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Azərbaycanda toyda pul kassasını oğurladılar

Azərbaycanda toyda pul kassasını oğurladılar


30-07-2018, 15:43. Yazar: Xeberaz


Kürdəmirdə toy məclisindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsinə müraciət edən Mollakənd kənd sakini C.İsayev iyulun 28-də kənd ərazisindəki şadlıq saraylarının birində keçirilmiş toy məclisində dəhlizdə quraşdırılmış qutudan 4700 manat pulun oğurlandığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Qacılı kənd sakinləri Tərlan Mazanov və Ruhan Bəşirzadə olduqları müəyyən edilib. Oğurlanmış pulların bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.




Geri dön