Ana Sayfa > Karusel / M2 / Foto-fakt > Əfqanıstanda kişi 9 yaşlı arvadını öldürüb
Əfqanıstanda kişi 9 yaşlı arvadını öldürüb30-07-2018, 15:39. Yazar: Xeberaz |
Əfqanıstanda 35 yaşlı kişi 9 yaşlı arvadını öldürüb. APA-nın “Tolo News” agentliyinə istinadən verdiyi xəbərə görə, 35 yaşlı Sharafuddin adlı şəxs iki ildir, evli olduğu arvadını ailə-məişət münaqişəsi zəminində döyüb, daha sonra boğub. Kişi hadisə yerindən qaçıb. Axtarışları davam etdirilir. Cinayətlə bağlı 9 yaşlı Samianın atası həbs edilib. O, qızını erkən nikaha məcbur etməkdə günahlandırılır. Bildirilib ki, Samia cinayəti törətmiş Sharafuddinin ikinci arvadıdır. 9 yaşlı Samia ailələr arasında olan ədavətə son qoymaq məqsədilə ona zorla ərə verilib. Geri dön |