Ana Sayfa > Karusel / Hadisə / M2 > Qubanın dağlıq ərazilərində yanğın başlayıb

Qubanın dağlıq ərazilərində yanğın başlayıb


30-07-2018, 15:25. Yazar: Xeberaz


Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.
 
Quba Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub. 

Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir. 
Geri dön