Ana Sayfa > Karusel / Gündəm / M2 > Lerikdə vəhşilik: əri və qaynı hamilə qadını komaya saldı

Lerikdə vəhşilik: əri və qaynı hamilə qadını komaya saldı


28-07-2018, 15:47. Yazar: Xeberaz


Lerikdə qadın döyülərək ağır xəsarət alıb.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Orand kəndində qeydə alınıb.
 
Kənd sakini, 1994-cü il təvəllüdlü Zakirə Fərəcova döyülərək ağır xəsarət alıb. Qadın ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun komada olduğu bildirilir.
 
 
Məlumata görə, hamilə olan Z. Fərəcova əri və qaynı tərəfindən döyülüb.
 
Faktla bağlı araşdırma aparılır.




Geri dön