Ana Sayfa > Karusel / Gündəm > Bazar günü üçün HAVA PROQNOZU

Bazar günü üçün HAVA PROQNOZU


28-07-2018, 15:02. Yazar: Xeberaz



İyulun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.  
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə  23-26°, gündüz  31-35° isti, Bakıda  gecə  24-26°, gündüz  33-35° isti olacaq.
 
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  28-29° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz  35-40° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.


Geri dön