Ana Sayfa > Karusel / Hadisə > Bakıda eyvanda paltar asan qadın yerə yıxılıb

Bakıda eyvanda paltar asan qadın yerə yıxılıb


28-07-2018, 11:28. Yazar: Xeberaz


Nərimanov rayonunda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.
Xeberaz.Az  bildirir ki, hadisə Habil Mirzəyev küçəsində baş verib.
1977-ci il təvəllüdlü Fərzəliyeva Elnurə Akif qızı binanın ikinci mərtəbəsində yaşadığı evin eyvanında iş görərkən qəfildən yerə yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt araşdırılır.

 
Geri dön