Ana Sayfa > Karusel / Hadisə / M2 > Xəzərdə batan şəxsin meyiti sudan çıxarıldı

Xəzərdə batan şəxsin meyiti sudan çıxarıldı


27-07-2018, 19:19. Yazar: Xeberaz


Xəzər rayonunda dənizdə batan 41 yaşlı kişinin meyiti sudan çıxarılıb. "Xəbəraz.az " Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6000 metr aralı, nəzarətsiz ərazi) 3 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
 
Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 2 nəfəri xilas etmiş və 1977-ci il təvəllüdlü Zərbəliyev Azər Allahverdi oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat başa çatıb.




Geri dön