Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bu gün XXI əsrin ən uzun "Qanlı Ay" tutulması olacaq

Bu gün XXI əsrin ən uzun "Qanlı Ay" tutulması olacaq


27-07-2018, 11:54. Yazar: Xeberaz


Bu gün XXI əsrin ən uzun "Qanlı Ay" tutulması hadisəsi baş verəcək. Xeberaz.Az  istinadən bildirir ki, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq.
Bildirilir ki, tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna "Qanlı Ay" deyirlər.
1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.



İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Qeyd edilən tarixdə, həmçinin Mars -Yer qarşıdurması hadisəsi baş verəcək.
Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb.
Geri dön