Ana Sayfa > Karusel / Hadisə > Bakıda küçədə yaşayan iş adamı xəstəxanaya yerləşdirildi

Bakıda küçədə yaşayan iş adamı xəstəxanaya yerləşdirildi


26-07-2018, 10:27. Yazar: Xeberaz


Dünəndən bəri fotosu sosial şəbəkələrdə paylaşılan, küçədə yaşamağı ilə müzakirələrə səbəb olan keçmiş iş adamı 62 yaşlı Akif Əliyev xəstəxanaya yerləşdirilib. 
Xeberaz.az  xəbər verir ki, o, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır. 
Qeyd edilir ki, Akif Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə xəstəxanaya aparılıb. Üç ilə yaxındır ki, küçədə yaşayan, ağır şəkər xəstəsi olan Akif dayının müalicəsi bitdikdən sonra o, sığınacağa yerləşdiriləcək. 




Xatırladaq ki, Akif Əliyev Moskva Rejissorluq Universiteti və Kiyevdə Xarici İşlər Akademiyasını bitirib. Moskvada dövlət müəssisələrində işləyib. 3 il bundan öncəyə qədər isə Yunanıstanda özünün yaratdığı şirkətin rəhbəri olub. Müflisləşəndən sonra arvadı uşaqlarını da götürüb onu tərk edib.


Geri dön