Ana Sayfa > Karusel / Dünya / M2 > “Twitter” saxta "İlon Mask"ları bloklayır

“Twitter” saxta "İlon Mask"ları bloklayır


25-07-2018, 18:31. Yazar: Xeberaz



“Twitter” mikrobloqlar xidməti bu günlərdə öz nikini tanınmış milyarderin adına dəyişmiş “İlon Mask” adlı səhifələri bloklamağa başlayıb. 

Belə addımlar guya İlon Mask tərəfindən pulsuz bitkoinlərin paylanılması ilə bağlı fırıldaqçılıq əməllərinin qarşısını almaq üçün atılıb. Məlumdur ki, fırıldaqçılar orijinal səhifəyə oxşar saxta profillər yaradırlar. 

Belə yenidən yaradılmış səhifələr aşkar edildikdə və ya öz mövcud adını dəyişdirilməsi halları üzə çıxdıqda, “Twitter” bu səhifəni bloklayır və bu cür səhifələrin sahiblərini şəxsiyyətlərinin təsdiqlənməsini xahiş edir. 
Geri dön