Ana Sayfa > Karusel / Hadisə / Dünya > “Bomj”ların üstünə benzin töküb yandırdılar - Avropanın mərkəzində tükürpədici olay

“Bomj”ların üstünə benzin töküb yandırdılar - Avropanın mərkəzində tükürpədici olay


24-07-2018, 11:35. Yazar: Xeberaz



 
Almaniyanın paytaxtı Berlində qan donduran hadisə baş verib. 2 evsiz naməlum radikal qrupların hədəfinə tuş gəlib. Onlar “cəmiyyətə lazımsız” şəxslərin üzərinə benzin tökərək yandırıblar.

Yerli sakinlər skamyaların üzərində yatarkən üzərlərinə benzin tökülərək yandırılan şəxslərin harayına yetib. Buna baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digərinin isə komada olduğu bildirilir.
Baş verən hadisə alman mediasında qınağa və kəskin etirazlara səbəb olub.
Polis həmin radikal qrupların axtarışına başlayıb. Yandırılan şəxslərin miqrant olduğu vurğulanır.


Geri dön