Ana Sayfa > Karusel / Hadisə > 3-cü mikrorayon dairəsində dəhşətli cinayət - ÜRƏYİNDƏN VURUB ÖLDÜRDÜLƏR

3-cü mikrorayon dairəsində dəhşətli cinayət - ÜRƏYİNDƏN VURUB ÖLDÜRDÜLƏR


21-07-2018, 10:46. Yazar: Xeberaz



İyulun 20-dən 21-nə keçən gecə Bakıda qətl törədilib. Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində baş verib.
 
Xeberaz.az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü Rəşad Əliyev 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.
 
Hadisənin təfərrüatlarını Nəsimi rayon Prokurorluğu araşdırır. Faktla əlaqədar Nəsimi polisi də əməliyyat-axtarış tədbirlərinə başlayıb.(apa)


Geri dön