Ana Sayfa > Karusel / Gündəm / Fotogalereya / Təbriklər > Fidan Abbasova- Sən doğuldun, çiçəkləri “utandırdın” ad günün mübarək

Fidan Abbasova- Sən doğuldun, çiçəkləri “utandırdın” ad günün mübarək


20-07-2018, 18:39. Yazar: Xeberaz


Qədimdə İtaliyada belə bir adət var idi. Yeni doğulan qız uşaqlarına 12 yaşına qədər ad verilmirdi. Hamısını TİTİ deyə çağırırdılar. Yəni çiçək. Yalnız bu yaşdan sonar qız uşağının xasiyyətinə və bənzərinə görə ad verilirdi. Türk dilində isə  qızlara doğulduğu andan  çiçək adı verilir. Məsələn FİDAN! Fidan  adı türk dillərində körpə pöhrəcik, qönçə, təzə-tər anlamında səslənir.  Bizim Fidanımız kimi.



Miss Caspian Best Model 2017 müsabiqəsinin qalibi olan Fiadan Abbasova zərif, incə gözəlliyi ilə könülləri fət  edərək müsabiqənin qalibi oldu.
 

20 iyulda doğum günü olan   “gözəllik ilahəsi”  Fidan xanım   yay çiçəkləri qədər əlvan və ətirli rayihəsi ilə sevənlərini ətrafına toplaya bildi. 


Lakin Fidan xanıma ən dəyərli hədiyə körpə Nilinin bu sabah balaca əlləri ilə anasının boynuna sarılıb:-“Ad günün mübarək anacan” təbriki oldu. Bir qadının ən böyük sərvəti övladı və o övlad ki, anasının gözəlliyinə tək “rəqib” Nil ola.  Nadir bir gözəlliyə sahib Nilin anası  Fidan xanım dünyanın ən gözəl, xoşbəxt anasıdır. 
 

Gözəl Fidan xanım! biz də “Xəbəraz.az” saytı olaraq Allah-Talanın sizə böyük səxavətlə bəxş etdiyi gözəllik üzərinə gözəllik, sevgi üzərinə sevgi, ən başlıcası isə sevimli Niliniz və bütün əzizləri ilə birgə can sağlığı arzu edirik.
       
    
Geri dön