Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Sərxoş sürücü görün neynədi

Sərxoş sürücü görün neynədi


11-07-2015, 02:46. Yazar: Xeberaz
Sərxoş sürücü görün neynədi


Bu gün Gəncə-Göygöl yolunda yol-nəqliyyat hadisəsi baş verib.


xeberaz.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Ağcəbədi rayon Kəbirli kənd sakini 57 yaşlı Məhəmməd Qurbanovun idarə etdiyi “Kia” markalı avtomobillə Göygöl sakini 33 yaşlı Elməddin Əhmədovun sükanı arxasında olduğu “QAZ 3110” markalı minik maşını toqquşub.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı "QAZ 3110" markalı maşının sürücüsü yüngül xəsarət alıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları ilkin müayinə nəticəsində məlum olub ki, qəzaya “Kia” markalı maşının “QAZ 3110”-un yoluna çıxması səbəb olub. “Kia”nın sürücüsü sərxoş olub.
Geri dön