Ana Sayfa > Karusel / Hadisə > Avtomobil camışa çırpıldı: 56 yaşlı qadın öldü

Avtomobil camışa çırpıldı: 56 yaşlı qadın öldü


17-07-2018, 14:14. Yazar: Xeberaz



İmişlidə ağır yol qəzası baş verib. Xeberaz.az xəbər verir ki, Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun 77-ci kilometrliyində "Lada Priora" markalı avtomobil qəfil yola çıxan camışa çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı, 1962-ci il təvəllüdlü Hacıyeva Sevil Barat qızı aldığı ağır xəsarətlərdən vəfat edib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.







Geri dön