Ana Sayfa > Karusel / Hadisə / M2 > Balıqçını "tok" vurub öldürdü

Balıqçını "tok" vurub öldürdü


17-07-2018, 01:23. Yazar: Xeberaz


Ağstafa sakinini balıq tutarkən onu elektrik cərəyanı vurub.
 
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Eynallı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Mahmudov İlkin Məhəmməd oğlu kəndin ərazisində olan su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vurub öldürüb.
 
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.




Geri dön