Ana Sayfa > Karusel / Hadisə / M2 > Salyanda ev yandı: xəsarət alan var

Salyanda ev yandı: xəsarət alan var


14-07-2018, 12:49. Yazar: Xeberaz


 
Salyanda yaşayış evində yanğın baş verib.
 
"Xəbəraz.az "-ın məlumatına görə, iyulun 12-də saat 22 radələrində Salyan rayonunun Qarabağlı kəndində yaşayan İlkin Məmmədovun həyətində yanğın baş verib. Nəticədə 400 kip ot yanıb, 1 baş inək tələf olub. İ.Məmmədovun arvadı Fəridə xəsarətlə xəstəxanaya gətirilib, ona ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.




Geri dön