Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Goranboyda traktor aşdı: 4 yaralı

Goranboyda traktor aşdı: 4 yaralı


14-07-2018, 12:12. Yazar: Xeberaz

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Hərəkətdə olan "Belarus" markalı traktorun aşması nəticəsində 4 nəfər xəsarət alıb.
Qəza zamanı xəsarət alan Samux rayonu, Ağasıbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Əsgərov Xanpolad Zahid oğlu, onun həmkəndlisi, 1974-cü il təvəllüdlü Məhərrəmov Daşqın Mədət oğlu, Goranboyun Baxçakürd kənd sakini, 1959-cu il təvəllüdlü Kərimov Rəfail Fərman oğlu və onun həmkəndlisi, 1990-cı il təvəllüdlü Həsənov Xəyal Mədət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Xəsarət alanlardan ikisinin vəziyyəti orta-ağır, daha ikisinin isə kafidir/
Məlumata görə, qəzaya yağan yağışdan sonra yolun çökməsi səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön