Ana Sayfa > Karusel / M2 / Xəbəraz TV / Texnologiya > Dünyanın ən yaxşı avtomobili - VİDEO - FOTOLAR

Dünyanın ən yaxşı avtomobili - VİDEO - FOTOLAR


10-07-2015, 21:14. Yazar: Xeberaz

Dünyanın ən yaxşı avtomobili - VİDEO - FOTOLAR
Dünyanın ən yaxşı avtomobili deyərkən ağıla gələn ilk markalardan biri də “Koenigsegg”dir. Firma kolleksiyasına çoxsaylı sürət rekordlarından birini də əlavə edib.

Xeberaz.az xəbər verir ki, İsveç istehsalçısının son səs-küylü modeli olan “Koenigsegg One: 1” 0-300-0 km/saat sürəti 17,95 saniyəyə (0-300-0 km/saat deyərkən avtomobilin sıfırdan 300 km/saat sürətə çatıb təkrar sıfır sürətinə qayıtması nəzərdə tutulur – red) yığmaqla bütün rekordları alt-üst edib. Bu rekord 2011-ci ildə ailənin digər üzvü “Koenisegg Agera R”-in 21,19 saniyə nəticəsi ilə yenilənmişdi.

Texniki göstəricilərinə görə dünyada rəqib tanımayan “Koenigsegg One:1”-in yeni rekordunun görüntülərini təqdim edirik:



Geri dön