Ana Sayfa > Karusel / Dünya / Maraqlı > 2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək
2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək13-07-2018, 18:42. Yazar: Xeberaz |
2022-də ildə Qətərdə baş tutacaq futbol üzrə Dünya Çempionatı noyabr-dekabr aylarında keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Lujniki" stadionunda keçirdiyi mətbuat konfransında FİFA prezidenti Canni İnfantino bildirib. O, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının 21 noyabr-18 dekabr tarixlərində baş tutacağını söyləyib: "Artıq Avropa liqaları da bu barədə xəbərdar edilib. Anlaşılandır ki, onlar da öz qrafiklərini uyğunlaşdırmalıdırlar. Məncə, bu düzgün qərardır. Ona görə ki, heç kəs iyun-iyul aylarında Qətərdə futbol oynamaq istəmir. Noyabr və dekabrda isə orada elə istilər olmur". Geri dön |