Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > “İtkin gəlin”in qəhrəmanları 22 ildən sonra bir arada

“İtkin gəlin”in qəhrəmanları 22 ildən sonra bir arada


10-07-2015, 20:48. Yazar: Xeberaz
“İtkin gəlin”in qəhrəmanları 22 ildən sonra bir arada


“İtkin gəlin” serialının qəhrəmanları Əfsanə - xalq artisti Məleykə Əsədova və aktyor Elməddin – Elşən Rüstəmov bir araya gəlib.

Xeberaz.az-ın Axsam.az-dan aldığı məlumata görə, onlar 22 ildən sonra “Mənim günahım” tamaşasında eyni səhnəni paylaşıblar.

“ATV Maqazin”ə açıqlama verən aktrisa təəssüratlarını bölüşüb:

“22 ildir Elməddin və Əfsanə unudulmur. O qədər ailə övladına bu adı qoyub ki... İndi yeni tamaşada rol aldıq. Burada isə 40 yaşında olan iki insanın sevgisin canlandırdıq".

M.Əsədova həyatında sevgi olmadığını deyib:

“Mənim həyatda bütün sevgim, balım, gülüm qızım Gülərdir”.

[media=https://youtu.be/z2F7x6tnmJY]
Geri dön