Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV > Uçan maşınlar gələn ildən satışa çıxarılır - VIDEO

Uçan maşınlar gələn ildən satışa çıxarılır - VIDEO


13-07-2018, 16:19. Yazar: Xeberaz



Pilot vəsiqəsinə ehtiyac olmayan uçan maşınların təlim uçuşları uğurla başa çatıb.
 
ABŞ-ın Kaliforniya ştatında yerləşən "Opener" firması tərəfindən istehsal edilən "BlackFly" adlandırılan uçuş aparatları saatda 100 km sürətlə hərəkət edə bilir. Elektrik enerjisi ilə işləyən bu aparatlar 40 km məsafəni rahatlıqla qət edə bilir.
 
KİV-də insan daşıya bilən dronlara bənzədilən "BlackFly" uçuş aparatlar 4 metr uzunluğa, 1,5 metr hündürlüyə, 4,2 metr enə malikdir. Pilot kabinəsinin hündürlüyü isə 2 metrdir və 113 kiloqrama qədər yük daşıya bilir. 
 
Şirkət aparatların satışına 2019-cu ilin əvvəllərindən start verəcək.
 
Qeyd edilir ki, ilkin olaraq "BlackFly"ların qiyməti yüksək olsa da, gələcəkdə normal avtomobillərin qiymətinə təklif olunacaq.
 
 



Geri dön