Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Məşhurların Taleyi > Türkiyəli aktrisanı zorlayan şəxsin cəzası artırıldı

Türkiyəli aktrisanı zorlayan şəxsin cəzası artırıldı


10-07-2015, 20:18. Yazar: Xeberaz

Türkiyəli aktrisanı zorlayan şəxsin cəzası artırıldı
ARKA SOKAKLAR serialından ZEYNEB KOMİSER kimi tanığımız Aktrisa Qamze Özçeliki zorlayan keçmiş basketbolçu Gökhan Demirkol 11 il sonra cəza alıb.

Xeberaz.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, G.Demirkol Antalyada bir otel otağında aktrisa Qamze Özçeliki zorladığı üçün ilk məhkəmədən sonra 5 il 10 ay cəza almışdı.

Qarşı tərəfin israrı ilə 2008-ci ildə yenidən baş tutan məhkəmədə Gokhana 7 il həbs cəzası verilmişdi. Ancaq bu cəza da sonradan müttəhimin özünü yaxşı aparması səbəbi ilə 5 il 10 aya düşürülmüşdü.
Aktrisanın vəkilinin şikayətindən sonra sonuncu dəfə məhkəmə 14-üncü cəza dairəsində baş tutub. Q.Özçelikin zorlandıqdan sonra psixoloji problemlərinin ortaya çıxmasına görə məhkəmə ümumilikdə 8 il 9 ay cəzanı təsdiqləyib.
Geri dön