Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyədə reyd: 20-dən çox İŞİD tərəfdarı saxlanıldı

Türkiyədə reyd: 20-dən çox İŞİD tərəfdarı saxlanıldı


10-07-2015, 19:29. Yazar: Xeberaz
Türkiyədə reyd: 20-dən çox İŞİD tərəfdarı saxlanıldı
Onların bir hissəsi qeyri-qanuni olaraq Suriya sərhəddini keçməyə cəhd ediblər.

Dörd türk əyalətinin polisi bü gün “İslam dövləti” qruplaşmasının fəaliyyətinə aidiyyatı olmaqda şübhəli bilinən şəxslərin yaşadığı yerlərdə reyd keçiriblər, Xeberaz.az Oxu.Az-a istinadən xəbər verir.

NTV telekanalı bildirib ki, reydlər İstanbulda, Şanlıurfada, Mersində və Kocaeldə 29 ünvan üzrə aparılıb.

21 şübhəli, o cümlədən üç xarici vətəndaş saxlanılıb. Əldə olan məlumata əsasən onların bir hissəsi islamçıların dəstələrinə birləşmək üçün qeyri-qanuni olaraq Suriya sərhəddini keçməyə cəhd ediblər.

Saxlanılan şəxslərdən iki avtomat, sursat, elektron əlaqə vasitələri və hərbi forma müsadirə edilib.
Geri dön