Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir - SİYAHI


10-07-2018, 21:25. Yazar: Xeberaz


İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsindən  veriləm məlumata görə, dəyişikliyə əsasən 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. - Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küç -Xudu Məmmədov küçəsi Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar  Məhəmməd Hadi küçəsi –Sarayevo küçəsi - Telnov küçəsi -Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.
Sərnişinlərdən edilən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələrini xahiş edirik.




Geri dön