Ana Sayfa > Karusel / Maraqlı > Yeni kişi nəsli - Metroseksual

Yeni kişi nəsli - Metroseksual


10-07-2018, 13:27. Yazar: Xeberaz


Bu sirli termini ilk dəfə 6 il əvvəl britaniyalı jurnalist Mark Simpson icad edib...


"Əgər sən, paytaxtda yaşayırsansa və sənin alt paltarın «Dolce-Gabbana» markasındandırsa, şəhərin ən yaxşı salonlarını və ustalarını tanıyırsansa, vanna otağında üz üçün losyon, krem və saç jelesinin əlindən yer yoxdursa, cibində dırnaq üçün ləvazimatlar gəzdirib, kişilər üçün dəb və kosmetologiya yeniliklərini izləyirsənsə, deməli, sən əsl metroseksualsan".

Bu terminə son günlər tez-tez rast gəlirik. Bəs görəsən, metroseksual olmaq nədir?

Bir çoxları bu termini özlərinə yaraşdırmırlar. Bəlkə də, ifadənin əsl mənasını bilmirlər. Amma baxsaq görərik ki, hətta ən böyük əzələyə sahib olan oğlanlarda belə metroseksuallıq var. 

Bunun nəyi pisdi?

Əksinə… Sənin bədənin qamətli, baxımlı, xoş ətirli, dırnaqların təmiz, aksesuarların göz oxşayır. Əyləncəli məclislərin və klubların arzulanan simasısan. Sənin də öz pərəstişkarların var. 

Metroseksualları biseksual və ya homoseksuallarla səhv salmayın. Biseksuallıq (homoseksuallıq)- eyni zamanda
həm qızlara, həm də kişilərə aid olan termin və həyat tərzidir. Bu, təkcə cinsi münasibətlərin deyil, həm də emosional, romantik və erotik hisslərin dəyişməsidir.



Uberseksual...

Bu, metroseksualın daha kişisayağı formasıdır. O, baxımlıdır, amma sırğa və boyunbağıdan qaçır. Dar şalvarlar və ipək köynəklər geyinmir. Alt paltarının rəngi və markası da onu maraqlandırmır. Güclüdür, qəti qərarlıdır, «qadın ovçusudur», ətri bir kilometrdən sezilir. Bəlkə də ideal kişidir?

Metroseksuallara qadınlardan çox kişilər özləri birtəhər baxır

Müasir metropoliten kişilərinə hətta şou-biznes əhli də qəribə yanaşır. Dəfələrlə kişi müğənnilər digər baxımlı həmkarlarını təqlid etmək əvəzinə qınayıblar. Rusiyada vəziyyət bizdən də betərdir. «Tatu» qrupunun eks-direktoru, məşhur prodakşının rəhbəri Leonid bu mövzuda fikrini çox aydın şəkildə bildirib:

«Kişilər düşünürlər ki, əsl kişinin əlləri çirkli, kobud, dırnaqları qırıq, uzu tüklü, qulağı tıxaclı, saçları yağlı və qısa kəsilmiş olmalı, özündən də təbii ətir - tər iyi gəlməlidir. Onlar odekalonla ətrin fərqini belə bilmirlər. Ona görə də
qarşılarında dırnaqları manikürlü, saçları səliqəli, təmiz köynəkli və yaraşıqlı bir kişi görəndə özlərini onun yanında sındırmamaq üçün fikri başqa istiqamətə yönəldirlər: O, mavidir. Bunun əvəzinə vanna otağına keçib, güzgüyə baxmaq daha yaxşı olmazmı? Təmizlik-sağlamlığın rəhnidir. Çirkli dırnaqlar isə mikrob yığnağı və hepatit mənbəyidir. Hər gecə və səhər duş qəbul etmək kişini həm ruhən, həm də mənən təmizləyib yüngülləşdirər. İnsanlar, xüsusən də qadınlar sənin tərli bədəninin və kirli köynəyinin qoxusuna dözməyə borclu deyillər.
Çirkli və baxımsız kişi hətta doğma arvadını belə bezdirər».

Metroseksual kişiyə nümunələr:

Devid Bekhem. Bəlkə də bu imicə onu arvadı məcbur edib. Çəhrayı manikür, losyonlu üz dərisi, ən son dəbli saç kəsimi, ideal geyimlər, bahalı aksesuarlar, hətta qulaqda sırğa… Bütün bunlara baxmayaraq, onun nümunəvi ailəsi, arvadı və uşaqları var. Qadınlara olan maraq və ehtirası da ki öz yerində…



Azərbaycanda isə bu siyahıya daxil olanlar arasında müğənni Zamiq Hüseynovun adı hallanır. Hər zaman baxımlı olan Zamiq özünə qulluq etməkdən heç vaxt çəkinmir.



Metroseksualkalar - Dəb vurğunlarını, kişilərlə mazaqlaşmağa və aktiv gecə həyatı keçirməyə meyilli qızları da bu ad gözləyir.
Geri dön