Ana Sayfa > Karusel / Maraqlı > Kişilər niyə qızarır?

Kişilər niyə qızarır?


10-07-2018, 13:10. Yazar: Xeberaz



Çarliz Darvin «qızarmaq» fenomenini araşdıraraq bu nəticəyə gəlib: qızarmaq və həddən artıq utancaqlıq nəsildən nəslə keçir.
Xeberaz.az xəbər verir ki, xanımların utanmağı normal qəbul edilsə də, kişilərin qızarması çox vaxt təəccübləndirir. Bəs görəsən kişilər hansı halda qızarırlar?


Hər bir kişi çox gözəl anlayır ki, ətrafdakı qadınlar onları xarakterizə edib qiymətləndirirlər. Kimisi ona aşağıdan yuxarı baxır, kimisi təpədən-dırnağacan süzür, kimi isə pulqabındakı pulları gözəyarı sayır. Məhz bu anlaşılmaz qiymətləndirmə kriteriyalarına və qadının fikrində hansı qiyməti aldığını bilməmək kişini utandırır və həmin sual dolu baxışlar altında onun üzü «alışıb-yanır».

Ehtirasa gələndə… İntim məsələlərdə kişilər qadınlara nisbətən daha çox qızarır. Ziqmund Freyd qızarmanı erotik oyanmaya işarət edən fizioloji proses hesab edir. O, qadınları misal göstərir: qadınlar soyunanda və ya ictimai yerdə ətəyi qalxanda, yaxası açılanda dərhal qızarır. Amma bu o demək deyil ki, o, utandı və xəcalət hissi keçirtdi. Əksinə, o, bunu istəyirdi və həmin an qadın daxili arzusunu, erotik hisslərini özü də istəmədən büruzə verdi. Orqanizm intim tələbatı dərhal üzə ötürür. Odur ki, əgər qadınla söhbət zamanı kişi qəflətən, heç utanılası söhbət
olmadan qızarırsa, deməli, o, qadına qarşı 100% intim hisslər keçirib.

Mövqeyini nümayiş etdirərkən. Kişilər cəmiyyətdə mövqelərini möhkəmləndirmək istəyəndə, insanların hörmət və məhəbbət hissini, etibarını qazanmaq istəyəndə və bu istəkdən irəli gələn xoş təbəssümlə gülümsəyəndə qızarır.

Utanmaqdan qorxmaq xəstəliyi eritrofobiya adlanır.(axsam.az)
Geri dön