Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / Fotogalereya > Azərbaycanlı müğənni Manananı tənqid etdi: "Ulduzu sönüb"

Azərbaycanlı müğənni Manananı tənqid etdi: "Ulduzu sönüb"


9-07-2018, 14:58. Yazar: Xeberaz


Müğənni Lətifə Soyuöz əməkdar artist Manana Çaparidze barədə tənqidi fikirlər səsləndirib.
"Xəbəraz.az "-ın məlumatına görə, "ATV maqazin onlarla" verilişinə açıqlama verən L.Soyuöz bildirib ki, Manananın artıq ulduzu sönüb:
 
“Qəlbimin üzgünlüyü ilə Manana xanımı hit-paraddan uzaqlaşdırıram. Ona görə ki, son zamanlarda hitlərini görmürəm. “Bu nə cür məhəbbətdir” mahnısı hanı? Onu ulduzu sönənlər arasında görənlər çoxdur. Bəli, elədir. Bu gün bu addımı atıram ki, o, unudulmuşlar sırasına daxil olur. Bu, mənə böyük acı verir. İstəsə, onun ulduzu bir dəqiqədə parlayar. Həvəsi yoxdur sanki. Başa düşürəm, pop musiqimiz getdikcə bərbadlaşır. Bizim gözəl sənətkarlar işləməsələr, musiqimiz getdikcə batacaq. Tünzalə Ağayeva bir ifadə işlətmişdi: biz oxumasaq, bu gün gündəmdə olmasaq, gündəmi meymunlaramı buraxaq? Çox haqlı idi. Bu gün onlar gündəmdə olmalıdırlar. Bizim pop musiqimiz bu hala düşməməlidir". 
 







Geri dön