Ana Sayfa > Karusel / Siyasət / Gündəm > "Qaçqınkom" kollegiyasının yeni tərkibi təsdiqlənib

"Qaçqınkom" kollegiyasının yeni tərkibi təsdiqlənib


7-07-2018, 17:32. Yazar: Xeberaz


Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.
Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. 
Dövlət Komitəsinin kollegiyasının üzvləri 7 nəfərdən ibarətdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kollegiyanın sədri, Dövlət Komitəsinin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, Aparat rəhbəri Etibar Abdullayev, maliyyə-mühasibat şöbəsinin müdiri Tofiq Şamilzadə, məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov, Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov isə üzvləri təyin olunublar. 
Geri dön