Ana Sayfa > Karusel / Şou-Biznes > "Özümə gələ bilmirəm.." - Ağır itkidən sarsılan əməkdar artist

"Özümə gələ bilmirəm.." - Ağır itkidən sarsılan əməkdar artist


7-07-2018, 14:42. Yazar: Xeberaz

May ayında qardaşını itirən əməkdar artist, tanınmış aktrisa Suğra Bağırzadə ağır günlər yaşadığına görə bir müddət ekrandan və yaradıcılıqdan uzaq düşəcək.
Xəbəraz.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa buna görə filmlərdən də imtina edib:
"Bir müddət yaradıcılıq fəaliyyətimə fasilə verəcəm. Film təkliflərindən də imtina etmişəm. Çünki indiki halda səhhətimi düşünürəm. Qardaşımın ölümü məni sarsıtdı, özümə gələ bilmirəm. Dostlar, yaxınlar dəstək olur, amma ağıl ürəyə tabe deyil. Sabah 40 mərasimidir, hələ də onun yoxluğu ilə barışa bilmirəm. Mənə çox ağırdır".
Geri dön