Ana Sayfa > Karusel / Hadisə / M2 > Həmkəndlilər bir-birini bıçaqladı

Həmkəndlilər bir-birini bıçaqladı


6-07-2018, 10:08. Yazar: Xeberaz



Astarada həmkəndlilər bir-birini bıçaqlayıb
 
Astarada həmkəndlilər bir-birini bıçaqlayıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Seləkəran kəndində baş verib.
 
 
Belə ki, əvvəlcə spirtli içki qəbul edən 1950-ci il təvəllüdlü Ramiz İsmayıl oğlu Yaqubovla, 1977-ci il təvəllüdlü Ramin İman oğlu Həsənov arasında mübahisə düşüb. Sonda baş verən dava zamanı isə həmkəndlilər bir-birini bıçaqlayıb.
 
 
Hər iki yaralı əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək lazimi tədbirlər görüldükdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
 
 
R. Yaqubovun ömrünün 25 ilini həbsdə keçirdiyi bildirilir.
 
 
Faktla bağlı araşdırma aparılır.


Geri dön