Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Bir ailənin məhv olduğu - DƏHŞƏTLİ QƏZA VIDEO

Bir ailənin məhv olduğu - DƏHŞƏTLİ QƏZA VIDEO


10-07-2015, 18:25. Yazar: Xeberaz
Bir ailənin məhv olduğu - DƏHŞƏTLİ QƏZA VIDEO
Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində dəhşətli qəza baş verib.Avtobusla minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb. 6 nəfər isə xəsarət alıb.

Hadisə səhər saatlarında qeydə alınıb.

Qəza zamanı minik avtomobilində olan 4 nəfər - sürücü Nadir Məmmədov və sərnişinlər - Nərmin Məmmədova, Aslan Məmmədli və Əsma Məmmədli dünyalarını dəyişiblər. Avtomobildə sıxılmış meyitləri xilasedicilər çıxarıblar. Onların bir ailənin üzvləri olduqları bildirilir.

Avtobusda olan 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq,Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıbıar.

Avtobusun sürücüsünün sözlərinə görə, qarşıdan gələn avtomobil onun yoluna çıxaraq dəhşətli qəzaya səbə bolub.

Faktla bağlı araşdırma aparılır.

Geri dön