Ana Sayfa > Karusel / Dünya / M2 > İranda 2 ton qızıl toplayan "soltan" saxlanıldı

İranda 2 ton qızıl toplayan "soltan" saxlanıldı


4-07-2018, 19:32. Yazar: Xeberaz

İranın hüquq mühafizə orqanları 2 ton qızıl toplayan “qızıl pul soltanı”nı saxlayıb.

Bu barədə Tehran polisinin rəhbəri Hüseyn Rahimi bildirib.
Rahiminin sözlərinə görə, o, ötən il ərzində topladığı qızılları satarkən saxlanılıb.
Polis rəisi saxlanılan şəxsin adını söyləməsə də, 58 yaşlı “soltan”a qiymətindən asılı olmayaraq qızıl pulları almaqda kömək edən əlaltılarının olduğunu da qeyd edib. Onun qızıl bazarını idarə edərək ölkə iqtisadiyyatına zərər vurduğu bildirilir.
“Qızıl pul soltanı” ilə birgə üzərində 20 kiloqrama qədər qızıl olan daha iki nəfər də saxlanılıb.
Geri dön