Ana Sayfa > Karusel / Dünya / Maraqlı > Acun xanımıyla paylaşdığı bu fotoya görə tənqid edildi - “Sənin qızın ölsəydi...”

Acun xanımıyla paylaşdığı bu fotoya görə tənqid edildi - “Sənin qızın ölsəydi...”


4-07-2018, 15:48. Yazar: Xeberaz



Türkiyənin məşhur TV aparıcısı, bir çox uğurlu layihələrin rəhbəri və TV8 telekanalının rəhbəri Acun Ilıcalı tənqid atəşinə tutulub.

O,instaqram sosial şəbəkəsində həyat yoldaşı Şeyma Subaşı ilə birlikdə fotosunu paylaşaraq onun doğum gününü təbrik edir.

"Enerji qaynağım, sevgilim, doğum günün mübarək” yazan Acunun bu hərəkəti birmənalı qarşılanmayıb. İnstaqram istifadəçiləri "Ölkədə hamımız balaca Eylül və Leylaya üzüldüyümüz bir vaxtda sizin də həssas olmağınız lazımdır, sizə heç yaraşmır”, "4 qız atası olaraq heç mi Leylayla Eylül hadisəsindən kədərlənmədin?”, "Komandanızdan gənc bir oğlanın qətlə yetirildiyi bir vaxtda sizin doğum günü qeyd etməyiniz nə dərəcədə doğrudur” yazaraq onu tənqid ediblər. İstifadəçilərdən biri isə bir qədər də irəli gedərək, "Sənin qızın ölsəydi, yenə də bayram edərdinmi?” yazıb. 



Geri dön