Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Bakı-Sumqayıt-Bakı qatarı da işə başladı

Bakı-Sumqayıt-Bakı qatarı da işə başladı


3-07-2018, 12:55. Yazar: Xeberaz


Bakı-Sumqayıt-Bakı qatarı da işə başladı
Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub. "Xəbəraz.az "Azərbaycan Dəmir Yolları QSC-nin saytına istinadən xəbər verir ki, yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar  xəttə buraxılacaq.
Bundan başqa, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb. Eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də Bakı-Moskva qatarı artıq Bakıya çatıb.
Geri dön