Ana Sayfa > Karusel / Hadisə / Səhiyyə > Azərbaycanda daha bir körpə doğuş zamanı öldü

Azərbaycanda daha bir körpə doğuş zamanı öldü


2-07-2018, 16:25. Yazar: Xeberaz


Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.
 
 
 
APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.
 
E. Əlixanovanın qayınatası Nazim Əlixanov APA-nın yerli bürosuna bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.
 
 
 
N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.





Geri dön