Ana Sayfa > Karusel / Hadisə / M2 > Cib dəsmalında narkotik keçirmək istədi

Cib dəsmalında narkotik keçirmək istədi


2-07-2018, 16:06. Yazar: Xeberaz


 
Azərbaycana narkotik keçirilməsini qarşısı alınıb.
 
"Xəbəraz.az "-ın DGK-ın saytına istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
 
Şəxsi yoxlama zamanı, vətəndaşın əlində saxladığı cib dəsmalının arasında, bir ədəd bükümdə xalis çəkisi 3,22 qram olan narkotik vasitə - heroin aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.




Geri dön