Ana Sayfa > Karusel / Maraqlı / M2 / Xəbəraz TV > Ölmüş oğlundan 26 il sonra məktub gəldi - VİDEO

Ölmüş oğlundan 26 il sonra məktub gəldi - VİDEO


10-07-2015, 17:46. Yazar: Xeberaz
Ölmüş oğlundan 26 il sonra məktub gəldi - VİDEO


Ölən oğlundan məktub gəldi... Eşidənləri şoka salan olay Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında baş verib.
87 yaşlı Dueynə atalar günündən bir neçə gün sonra təbrik məktubu gəlib. Dərhal məktubu açan şəxsin bir anlıq nitqi tutulub. Məktub 26 il əvvəl QİÇS xəstəliyindən dünyasını dəyişmiş oğlundan idi. Nə baş verdiyini anlamayan ata suallardan qurtulmaq üçün məktubun göndərildiyi poçt mənətəqəsinə yollanır. Elə işin əsli də bundan sonra ortaya çıxır. Sən demə məktub 1989-cu ildə Dueynin oğlu tərəfindən atalar günü münasibətilə yazılıb. Lakin Dueyn daim səfərlərdə olduğundan məktubu əldə etmək ona yalnız bu il qismət olub.

“Bir müddət ayrı qaldıq, danışmadıq. Səndən gələcək xəbərləri və yolunu gözləyirəm ata” cümlələri ilə bitən məktubu oxuyan hər kəs göz yaşlarına boğulur.

Geri dön