Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > AMEA-da işıqlar niyə kəsildi?

AMEA-da işıqlar niyə kəsildi?


2-07-2018, 14:43. Yazar: Xeberaz



Azərbaycan Milli Elmlər Akademiyasında 5 saatdır işıqların yanmaması ilə bağlı deyilənlər yalandır. Qısamüddətli problem artıq aradan qaldırılıb.

Bu sözləri MEA-nın mətbuat xidmətindən Akademiyaya verilən elektrik enerjisinin 5 saatdır kəsilməsi ilə bağlı deyilənlərə münasibət bildirərkən deyiblər.
AMEA-dan bildirilib ki, təxminən saat yarım elektrik enerjisi olmayıb:
“Artıq elektrik enerjisi bərpa olunub. Müəyyən problem yaranmışdı və artıq aradan qaldırılıb. İşığın kəsilməsi borcla əlaqədar deyil. Çünki Akademiyanın bütün binasında işıq kəsilməmişdi. Binanın bəzi hissəsində işıq yanırdı. Borca görə olsaydı, bütün binanın işığı kəsilərdi. Heç iki saat olmadan problem həll edildi”.
Xatırladaq ki, sosial şəbəkələrdə AMEA-da 5 saata yaxın elektrik ererjisinin olmaması ilə bağlı məlumat paylaşılıb.
Geri dön