Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda qaçqın düşərgəsində intihar olub

Azərbaycanda qaçqın düşərgəsində intihar olub


1-07-2018, 14:49. Yazar: Xeberaz


Azərbaycanda qaçqın düşərgəsində intihar olub
Bu gün 3 saylı Cəbrayıl qaçqın düşərgəsində 68 yaşlı kişi özünü asaraq intihar edib.
"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, İmişli və Biləsuvar rayonlarının inzibati sərhədində yerləşən 3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib.
Həmin düşərgəyə oğlugilə qonaq gələn 1950-ci il təvəllüdlü Cəbrayıl rayon sakini, Quliyev Sahib İmanqulu oğlu özünü həyətdəki ağacdan asaraq intihar edib. Səhər saatlarında onu asılmış vəziyyətdə yaxınları aşkar ediblər.
İntiharın hansı səbəblərdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön