Ana Sayfa > Karusel / Hadisə / M2 / Araşdırma > Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü

Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü


30-06-2018, 10:24. Yazar: Xeberaz


“Oğlumla olan intim videonu kəndə yaydı, o da özünü öldürdü”
Kürdəmir rayonunda oğlu özünü asan ata istintaqın düzgün aparılmamasından şikayətçidir. “Qafqazinfo”ya müraciət edən Vidadi Cabbarov bildirib ki, 23 yaşlı oğlu Əli Cabbarov martın 28-də Girdiman çayının üzərində yerləşən körpüdən özünü saman ipi ilə asaraq intihar edib.
O qeyd edib ki, Kürdəmir rayon prokurorluğunda istintaq aparılsa da, 3 ay ərzində ailəyə heç bir məlumat verilməyib:
“Oğlumun ölüm səbəbini açıqlamadılar. İyunun 22-də Baş Prokurorluqda qəbulda oldum, regional prokuror Natiq müəllim müstəntiq Nicat Orucova tapşırdığını dedi və mənə kömək edəcəyini bildirdi. Nicat Orucov məni qəbul edəndə bildim ki, cinayət işinə iyunun 14-də xitam verilib. Müstəntiq hər şeyi ört-basdır edib, oğlumun, guya, sevgilisinin başqası ilə nişanlanmasına görə intihar etdiyi qərarını veriblər.
Geri dön