Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / Xəbəraz TV > İkiayaqlı robota kələ-kötür ərazidə sürətlə yeriməyi öyrətdilər

İkiayaqlı robota kələ-kötür ərazidə sürətlə yeriməyi öyrətdilər


28-06-2018, 16:41. Yazar: Xeberaz



Kaliforniya Universiteti və Karneqi-Mellon Universitetinin mühəndisləri ikiayaqlı robotlara kələ-kötür ərazidə nisbətən sürətli hərəkət edə bilərlər.

Alimlər hazırladıqları yeni alqoritmin səmərəliyini yoxlamaq üçün Oreqon Universitetində hazırlanmış “ATRIAS” robotundan istifadə ediblər.
 
İki mexaniki ayaqla təchiz edilmiş bu robotun korpusu döndərici mexanizmə birləşdirilib. Mühəndislər sınaqlar zamanı robotun qarşısında kərpiclərdən ibarət müxtəlif hündürlüklü və ara məsafəli yol düzəldərək kələ-kötür ərazini imitasiya ediblər. Orta sürəti 0,6 m/san təşkil edən hərəkət prosesində robot növbəti maneə haqda məlumatları əldə edib, alqoritm isə bu informasiyanı emal edib.

Mühəndislərin fikrincə, gələcəkdə onların həlli mürəkkəb təbii relyef üzrə  müstəqil hərəkət edə biləcək robotları idarə etmək üçün istifadə edilə bilər.




Geri dön